|
Mingecevirin axundu barede cinayet isi baslanib |
|
|
|
20.10.2008 г. |
|
Hacı Xanəli Babayev Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək) ilə ittiham olunur. Mingəçevirdə suvaqçı işləyən şəhər sakini Süleymanov Ramiz Məhəmməd oğlunu döyərək ona xəsarət yetirən Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə Qazisi, Mingəçevir şəhərinin Axundu Hacı Xanəli Babayev barədə Cinayət Məcəlləsinin 127.1 maddəsi (sağlamlığa qəsdən ağır zərər yetirmək) ilə cinayət işi başlanıb.
Bu barədə APA-nın yerli bürosuna Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsindən məlumat verilib. Məlumata görə, faktı araşdıran təhqiqat qrupu hadisənin baş vermə səbəbləri barədə faktlar toplayıb, şahid ifadələri alınıb. Ramiz Süleymanova xəsarət yetirən Hacı Xanəli Babayevin sürücüsü Saleh Babayev istintaqa cəlb olunaraq dindirilib. O istintaqa verdiyi ifadədə Ramiz Süleymanova xəsarət yetirdiyini inkar etsə də, bu fakt şahid ifadələri ilə təsdiqlənib. Bundan başqa faktla bağlı Mingəçevir şəhər prokurorluğuna da məlumat verilib. Hazırda araşdırma davam edir.
Qeyd edək ki, Mingəçevir şəhəri, Təbriz küçəsi, 5 ünvanda yaşayan R. Süleymanov Aşıq Ələsgər küçəsi, 9 ünvanda yaşayan bibisinin evinin fasad hissəsində suvaq işləri apararkən qonşuluqda yaşayan Hacı Xanəli Babayevin ailə üzvləri tərəfindən təhqirlərə məruz qalıb.
R. Süleymanov bu zaman evə gələn Hacı Xanəliyə müraciət edərək, ailə üzvlərindən ona şikayət etmək istəyib. Məlumata görə, şəhərin Axundu R. Süleymanovu dinləmədən onun üzünə yumruqla zərbələri endirib. Eyni zamanda Xanəli Babayevin sürücüsü və yaxın qohumu olduğu bildirilən Saleh Rafiq oğlu Babayev də R. Süleymanovun başına yumruq zərbələri vurub. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən R. Süleymanova çənə sınığı diaqnozu qoyulub. Lent.az Постоянный адрес статьи: http://www.legal.az/content/view/5955/123/ |